Birxeber.az / Bərdədə avtomobil dirəyə çırpılıb, dörd nəfər xəsarət alıb

Bərdədə avtomobil dirəyə çırpılıb, dörd nəfər xəsarət alıb

9-03-2024, 22:50

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Zümürxan kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Qəza nəticəsində Tərtər rayon sakinləri, 1962-ci il təvəllüdlü Quliyev Mətləb Valeh oğlu, 1964-cü il təvəllüdlü Həsənova Nəcibə İsa qızı, 1957-ci il təvəllüdlü Haqverdiyeva Qəndilə Həbib qızı, 1958-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmməd qızı xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt