Birxeber.az / DÇ-2022: Uruqvay Qana ilə oyunda fasiləyə üstün yollanıb

DÇ-2022: Uruqvay Qana ilə oyunda fasiləyə üstün yollanıb

2-12-2022, 20:00

Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyununda ilk hissə başa çatıb.

"Birxeber.Az"un məlumatına görə, Cənubi Amerika təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

19:33

Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyununda hesab dəyişib.

"Birxeber.Az"un məlumatına görə, Cənubi Amerika təmsilçisindən Corcian de Arraskaeta 32-ci dəqiqədə özünün və komandasının 2-ci qolunu vurub.

19:27

Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyununda hesab açılıb.

"Birxeber.Az"un məlumatına görə, 26-cı dəqiqədə fərqlənən Corcian de Arraskaeta Cənubi Amerika təmsilçisini önə keçirib.

19:00

Qətərdə keçirilən dünya çempionatında Qana və Uruqvay yığmaları arasında H qrupunun III tur oyunu başlayıb.

"Birxeber.Az"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

17:43

Qətərdə keçirilən dünya çempionatının H qrupunun III turunda üz-üzə gələcək Qana və Uruqvay yığmalarının start heyətləri açıqlanıb.

"Birxeber.Az"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:

Qana: 1. Laurens Atiziqi, 21. Salis Abdulsamed, 18. Daniel Amarte. 10. Andre Ayu, 9. Cordan Ayu, 17. Baba Rahman, 20. Mohammed Kudus, 5. Tomas Parte, 4. Mohammed Salisu, 26. Seidu Alidu, 19. İnaki Uillyams

Uruqvay: 23. Serxio Roçet, 6. Rodriqo Bentankur, 19. Sebastyan Koates, 10. Corcian de Arraskaeta, 2. Xose Mariya Ximenes, 13. Gilyermo Varela, 11. Darvin Nunyes, 16. Matias Oliveyra, 8. Fakundo Pellistri, 9. Luis Suares, 15. Federiko Valverde

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Geri qayıt