Birxeber.az / Qazaxda avtomobil suötürücü boruya çırpılıb, xəsarət alanlar var 

Qazaxda avtomobil suötürücü boruya çırpılıb, xəsarət alanlar var 

9-03-2024, 17:40

Qazax rayon Daş Salahlı kəndində avtomobil qəzası olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "Opel" markalı avtomobilin idarəetmədən çıxaraq suötürücü boruya çırpılıb.

Qəza nəticəsində, 1969-cu il təvəllüdlü Ş.Əhmədova, 1991-ci il təvəllüdlü M.Süleymanov, 1992-ci il təvəllüdlü Ş.Süleymanova və 2015-ci il təvəllüdlü Z.Pənəhova müxtəlif bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt