“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə 2023-cü ildə daşınan sərnişinlərin sayı 24 min 399 nəfər olub və bu da 2022-ci illə müqayisədə 2 737 nəfər (12,6 %) çoxdur.
Bu barədə “Birxeber.Az”un sorğusuna cavab olaraq ASCO-dan bildiriblər.
Qeyd edilib ki, ötən il sərnişinlərin çoxu "Ro-Pax" tipli “Azərbaycan” gəmi-bərəsi ilə daşınıb. Bu gəmi ilə 6 023 nəfər mənzil başına çatdırılıb.
Keçən il ASCO-nun müştərilərə təqdim etdiyi elektron bilet xidmətindən yararlanaraq bilet alan sərnişinlərin sayı isə 99 nəfər təşkil edib. Bileti ASCO-nun rəsmi saytında (www.asco.az) “Elektron xidmətlər” bölməsinin “Tarif hesablanması və bilet satışı” alt bölməsindən əldə etmək mümkündür.
Həmçinin 2023-cü ildə ASCO-nun gəmi-bərələri ilə ümumilikdə 2 170 reys həyata keçirilib.