Birxeber.az / Şahin Bağırov Şəmkirdə vətəndaşları qəbul edib

Şahin Bağırov Şəmkirdə vətəndaşları qəbul edib

25-01-2024, 13:40

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.

“Report”un DGK-ya istinadən verdiyi məlumata görə, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Şəmkir və Gədəbəy rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Geri qayıt