Birxeber.az / Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıb

Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıb

9-03-2024, 12:40

Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi Kərim Kərimov küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb.

1963-cü il təvvəllüdlü Sadiq Qadir oğlu Əliyevin meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Geri qayıt