Birxeber.az / AZAL-ın Tbilisiyə uçan təyyarəsi duman səbəbindən geri qayıdıb

AZAL-ın Tbilisiyə uçan təyyarəsi duman səbəbindən geri qayıdıb

25-01-2024, 12:50

“Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.

Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

Geri qayıt