Sumqayıt şəhərində ümumi sahəsi 25 m² olan tikilinin (fəhlələrin soyunub-geyinməsi üçün istifadə olunur) yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.