Birxeber.az / Azərbaycanın şimal-qərb bölgəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanın şimal-qərb bölgəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20-01-2024, 12:40

Qax, Zaqatala, Şəki, Balakən və Oğuz rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

"Birxeber.Az"un Şimal-qərb bürosu xəbər verir ki, sözügedən rayonlarda keçirilən anım mərasimlərində yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsinə ucaldılmış komplekslər və abidələr ziyarət olunub, önlərinə qərənfillər düzülüb.

Anım mərasimləri zamanı torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhid olmuş oğulların məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər səs siqnalları verib.

Səhər saatlarından başlayan ziyarətlər rayonların ictimaiyyət nümayəndələri tərəfindən günün sonunadək davam edəcək.

Geri qayıt