Birxeber.az / Rusiyada qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su tapılıb

Rusiyada qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su tapılıb

25-01-2024, 12:40

Ötən gün Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi-nəqliyyat təyyarəsinin hər iki "qara qutu"su tapılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qutular texniki baxımdan yaxşı vəziyyətdədir.

Kremlin sözçüsü Dmitri Peskov isə qəza ilə bağlı beynəlxalq araşdırmanın başlanmasını tələb edib: "Buna ehtiyac var".

Xatırladaq ki, təyyarə qəzası nəticəsində göyərtədə olan 75 nəfərin hamısı ölüb. Rusiya tərəfinin məlumatına görə, təyyarədə ukraynalı hərbi əsirlər aparılırmış.

Geri qayıt