Birxeber.az / Oussama Əli Cammal: İslamofobiya ilə mübarizədə təhsil çox vacibdir

Oussama Əli Cammal: İslamofobiya ilə mübarizədə təhsil çox vacibdir

8-03-2024, 14:40

İslamofobiya daxil olmaqla vacib problemlərin həlli məqsədilə müsəlmanlar yaşadıqları cəmiyyətlərdə fəal olmalıdırlar.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Oussama Əli Cammal Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfransın plenar sessiyasında deyib.

Onun sözlərinə görə, islamofobiya ilə mübarizədə təhsil və maarifləndirmə çox vacibdir: "Bu məsələdə media da ictimai rəyin formalaşmasında xüsusi rol oynayır".

Geri qayıt