Birxeber.az / İƏT-in Mərkəzinin rəhbəri: İslamofobiya inanılmaz bir templə yayılmaqdadır

İƏT-in Mərkəzinin rəhbəri: İslamofobiya inanılmaz bir templə yayılmaqdadır

8-03-2024, 11:50

"İslamofobiya inanılmaz bir templə yayılmaqda, geniş vüsət almaqdadır."

APA xəbər verir ki, bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransı çərçivəsində "Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış" adlı panel müzakirəsində İslam Əməkdaşlıq Təşkilatının İslamofobiyanın Müşahidə Mərkəzinin rəhbəri Dodik Ariyanto deyib.

"İslamofobiya inanılmaz bir templə yayılmaqda, geniş füsət almaqdadır. Bununla bağlı statistik məlumatlar var. BMT-nin qətnaməsi, İslamofobiya ilə bağlı günün təsis olunması mütərəqqi bir addımdır. Ayrı-seçkiliyə, zorakılığa qarşı mübarizə aparmaq lazımdır. Bu istiqamətdə qətiyyətli addım atan ölkələrə, şəxslərə təşəkkür edirik. BMT qətnaməsi qlobal səviyyədə İslamofobiyanın mövcudluğunu təsdiqləyir, bunun danılmaz fenomen olduğu qeyd olunur. Vurğulanır ki, İslamofobiya nifrətin, ayrı-seçkiliyin, dözümsüzlüyün təzahürüdür", o bildirib.

O deyib ki, İslamofobiya ilə mübarizə tədbirlərinin sayı artırılmalı, sülh, tolerantlıq təbliğ edilməli, ciddi addımlar atmalıdır:

"Bu istiqamətdə qətnamələr, sənədlər qəbil olunmalıdır".

O, həmçinin rəhbəri olduğu İslamafobiya Observayoriyasının fəaliyyəti barədə danışaraq deyib ki, mərkəz tərəfindən hazırlanan hesabatlar ölkələrə təqdim olunur:

"Azərbaycan kimi ölkələrin İslamofobiyaya qarşı mübarizə ilə bağlı resursları zəngindir və vacib addımlar atır".

Geri qayıt