Birxeber.az / İƏT Mərkəzinin rəhbəri: İslamofobiya qlobal fenomenə çevrilib, dünyada geniş vüsət alıb

İƏT Mərkəzinin rəhbəri: İslamofobiya qlobal fenomenə çevrilib, dünyada geniş vüsət alıb

8-03-2024, 11:40

İslamofobiya artıq qlobal fenomenə çevrilib, bütün dünyada geniş vüsət alıb.

“Report” xəbər verir ki, bu barədə İƏT-in İslamofobiyanı Müşahidə Mərkəzinin rəhbəri Dodik Ariyanto Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Tolerantlığı təşviq etmək üçün qlobal dialoqa çağırış, Sülh və İnsan Hüquqlarına və Dini Müxtəlifliyə Hörmət” adlı plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, islamofobiya ilə münarizədə dialoq və insan hüquqlarına hörmətin təbliğatı çox vacibdir: “BMT Baş Assambleyasının qətnaməsi qlobal səviyyədə islamofobiyanın mövcud olduğunu sübut edir. İslamofobiya ilə mübarizədə tək bir həll yolu yetərli deyil, çoxtərəfli yanaşma lazımdır. Mübarizə fərqli cəbhələrdə baş verməlidir. Mədəniyyətlərarası dialoq çərçivəsində konkret tədbirlərin sayı artırılmalıdır. Bu tədbirlər sülhü, insan hüquqlarına hörməti özündə ehtiva etməlidir”.

Geri qayıt