Birxeber.az / Özbəkistanda Azərbaycan universitetlərinin filialları açıla bilər

Özbəkistanda Azərbaycan universitetlərinin filialları açıla bilər

25-01-2024, 12:40

Özbəkistan ölkədə Azərbaycan universitetlərinin filiallarının açılmasında maraqlıdır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə jurnalistlərə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov məlumat verib.

"Biz Azərbaycan universitetlərini Özbəkistana dəvət edirik ki, nəinki Daşkənddə, həm də digər şəhərlərdə - Səmərqənddə, Buxarada filiallarının və ya birgə müəssisələrinin açılması məsələsinə baxaq. Mən özüm həm Bakıda, həm də Gəncədə bir çox universitetlərdə olmuşam, onların rəhbərliyi ilə görüşmüşəm. Azərbaycan universitetlərinin çox yaxşı təcrübəsi, dəyərli kadrları var”, - o bildirib.

Səfirin sözlərinə görə, hər iki ölkənin elmi ictimaiyyətinin nümayəndələri daha sıx əməkdaşlıq haqqında razılığa gəlirlər: "Bu isə tələbələrin, professorların mübadiləsi və birgə tədqiqatlar deməkdir”.

Geri qayıt