Birxeber.az / Rusiya aviaşirkəti Vladiqafqazdan Bakıya uçuşlara başlayacaq

Rusiya aviaşirkəti Vladiqafqazdan Bakıya uçuşlara başlayacaq

8-03-2024, 11:40

Rusiyanın “IrAero” aviaşirkəti aprelin 1-dən ölkənin Vladiqafqaz şəhərindən Bakıya uçuşlara başlayacaq.

“Report” xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilir ki, aviareyslər həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və bazar günlərihəyata keçiriləcək. Sərnişinlər “Superjet-100” təyyarələrində daşınacaq.

Geri qayıt