Birxeber.az / Ordubadda 6 otaqlı evdə yanğın olub

Ordubadda 6 otaqlı evdə yanğın olub

8-03-2024, 09:50

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əylis kəndində ümumi sahəsi 360 m² olan ikimərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 29 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt