İsveçdə antiterror əməliyyatı zamanı 4 nəfər saxlanılıb.
“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Polisi (SEPO) məlumat yayıb.
Onların saxlanılması SEPO-nun polis departamenti ilə keçirdiyi birgə əməliyyat zamanı baş tutub.
"Bu şəxslər terror aktı hazırlamaqda şübhəli bilinirlər. Təhlükəsizlik polisi onların mütəşəkkil qrupla əlaqələrinin olduğunu ehtimal edir", - məlumatda deyilir.
Əməliyyatla bağlı bir sıra axtarışlar da aparılıb. İlkin istintaqı Milli Təhlükəsizlik İdarəsinin prokurorlarının göstərişi ilə SEPO aparır.