Birxeber.az / BMT: Hər gün 2,2 mindən çox kiberhücum baş verir

BMT: Hər gün 2,2 mindən çox kiberhücum baş verir

8-03-2024, 01:40

Dünyada hər gün 2,2 mindən çox kiberhücum baş verir və onların sayı hər il 80 faiz artır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatları Cenevrədə keçirilən brifinqdə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Dorin Boqdan-Martin təqdim edib.

“Hər gün 2,2 mindən çox kiberhücumun olduğu bir dünyada özümüzü getdikcə daha az təhlükəsiz hiss edirik. Hücumların sayı ildən-ilə 80 faiz artır. Bu, narahatlığın hər keçən gün artdığı sahədir və BTİ-nin bu sahədə ölkələrə dəstəyini artırır”, - Boqdan-Martin deyib.

O qeyd edib ki, təşkilat informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində siyasət və strategiyaların hazırlanmasına kömək etmək üçün ölkələrlə birbaşa işləyir. “Hazırda 100-dən çox dövlətin belə strategiyası var”, - BTİ-nin baş katibi fikrini yekunlaşdırıb.

Geri qayıt