Birxeber.az / Mirzoyan: Türkiyə ilə dövlət sərhədlərinin ən qısa zamanda açılmasını istəyirik

Mirzoyan: Türkiyə ilə dövlət sərhədlərinin ən qısa zamanda açılmasını istəyirik

7-03-2024, 19:40

Ermənistan olaraq Türkiyə ilə normallaşma prosesi çərçivəsində dövlət sərhədlərinin ən qısa zamanda açılmasını istəyirik.

“Report”un xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinə açıqlamasında deyib.

XİN başçısı Ermənistanın baş naziri Nikol Paşinyan ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışıqları olduğunu bildirib: “Daimi təmas var və bunlar müsbət dinamika üçün zəmin yaradır”.

Geri qayıt