Birxeber.az / Moskvada İŞİD üzvlərinin sinaqoqa silahlı hücumunun qarşısı alınıb

Moskvada İŞİD üzvlərinin sinaqoqa silahlı hücumunun qarşısı alınıb

7-03-2024, 17:40

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva sinaqoqlarından birində silahlı hücumun qarşısını alıb, onu hazırlayan “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının üzvləri Kaluqa vilayətində zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə TASS-a FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

“İŞİD-in Əfqanıstandakı “Vilayət Xorasan” qruplaşmasının fəaliyyəti Rusiyada qadağan edilib, çünki üzvləri Moskvada sinaqoqlardan birinə qarşı terror aktı törətməyi planlaşdırıb”, - məlumatda qeyd edilib.

Bildirilib ki, onlar məlumat toplayarkən təhlükəsizlik orqanlarının diqqətini çəkiblər. Əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, terror təşkilatının üzvləri odlu silahdan istifadə etməklə sinaqoq prixodlarına hücum hazırlayıblar.

Qeyd edilib ki, onlar saxlanılarkən FTX-nin əməkdaşlarına silahlı müqavimət göstəriblər və nəticədə cavab atəşi ilə zərərsizləşdiriliblər.

Geri qayıt