Birxeber.az / Qəzzada əməliyyatların sonlandırılması ilə bağlı Qahirədəki danışıqlarda razılıq əldə olunmayıb

Qəzzada əməliyyatların sonlandırılması ilə bağlı Qahirədəki danışıqlarda razılıq əldə olunmayıb

7-03-2024, 15:50

Qəzzada əməliyyatların sonlandırılması ilə bağlı Qahirədəki danışıqlar başa çatıb, razılıq əldə olunmayıb.

Birxeber.Az "Al-Qahera News" telekanalına istinadən xəbər verir ki, bu barədə misirli rəsmi mənbə bildirib.

Mənbənin sözlərinə görə, HAMAS-ın nümayəndə heyəti Qahirəni tərk edib, lakin danışıqlar gələn həftə davam etdiriləcək.

"Associated Press"in məlumatına görə isə, HAMAS birinci mərhələ kimi bu razılaşmanın əsas şərtləri üzərində razılaşıb, lakin bunun sonda daimi atəşkəsə gətirib çıxaracağına dair öhdəliklər istəyir.

HAMAS bəyan edib ki, İsrail ərazisini tam şəkildə tərk etmədən qalan israilli girovların hamısını azad etməyəcək. O, həmçinin çoxlu sayda məhbusun, o cümlədən kütləvi insan tələfatına görə ömürlük həbs cəzası çəkən terrorçuların israilli girovların əvəzində azad edilməsini tələb edir.

İsrail tərəfi isə HAMAS məhv edilənə və bütün girovlar azad edilənə qədər döyüşləri davam etdirəcəyini və yalnız müvəqqəti atəşkəsə razılaşacağını bildirib. Misir rəsmiləri deyirlər ki, vasitəçilər hələ də iki tərəfə mövqelərini yumşaltmaq üçün təzyiq edirlər.

Geri qayıt