Birxeber.az / Malidə qızıl mədəni çöküb, 70 nəfər ölüb - YENİLƏNİB

Malidə qızıl mədəni çöküb, 70 nəfər ölüb - YENİLƏNİB

25-01-2024, 11:50

Malidə qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı 70-ə çatıb.

Birxeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Kuliqoro şəhərində baş verib.

Qızıl mədəninin qanunsuz fəaliyyət göstərdiyi bildirilir.

***

01:57

Malinin cənub-qərbində qızıl mədəni çökmə baş verib.

Birxeber.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hadisə nəticəsində 40-dan çox işçi həlak olub.

Mədənçilər tez-tez köhnə və nizamsız qazma üsullarından istifadə etdikləri üçün ölümcül qəzalar tez-tez baş verir.

Ölənlərinin sayının artacağı istisna edilmir.

Geri qayıt