Birxeber.az / Dövlət Agentliyi: Ötən il 3112 təhlükə potensiallı obyektdə nəzarət həyata keçirilib

Dövlət Agentliyi: Ötən il 3112 təhlükə potensiallı obyektdə nəzarət həyata keçirilib

25-01-2024, 11:50

Ötən il FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin 7 saylı "ASAN xidmət” mərkəzində göstərilən xidmətlərindən ümumilikdə 4000-ə yaxın sahibkar istifadə edib.

Birxeber.Az xəbər verir ki, bu barədə Agentliyin rəisi Vüsal Ağayev 2023-cü ilin yekunlarına dair keçirilən brifinqdə deyib.

Qeyd olunub ki, göstərilən xidmətlər təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydaları barədə məlumat verilməsi, çıxarış və icazələrin alınması üçün müraciətlərin qəbulundan ibarət olub.

Bildirilib 2023-cü ildə 3112 təhlükə potensiallı obyektdə dövlət nəzarəti həyata keçirilib.

Bundan başqa, təhlükə potensiallı obyektlərdə istismar olunan 9000-ə yaxın qurğu və avadanlıqlara texniki təhlükəsizlik sertifikatı verilib, 1338 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan təhlükə potensiallı qurğu və avadanlıqlar dövlət reyestrində ilkin və təkrar qeydiyyatdan keçirilib.

Geri qayıt