Birxeber.az / XİN rəhbəri: Bölgədə sülh üçün Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir

XİN rəhbəri: Bölgədə sülh üçün Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir

7-03-2024, 13:50

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşdə qarşı tərəfi Azərbaycan Ermənistan arasında sülh prosesi istiqamətində atılan son addımlar barədə məlumatlandırıb.

APA xəbər verir ki, nazir bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialardan əl çəkməsinin vacibliyini vurğulayıb.

Geri qayıt