Birxeber.az / Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

7-03-2024, 13:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Abşeron rayonun Xırdalan şəhərində və Mehdiabad qəsəbəsində qanunsuz tikililəri söküb.

Bu barədə "Birxeber.Az"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

Geri qayıt