Birxeber.az / Paşinyandan narazı olan şəxs özünü hökumət evinin qarşısında yandırmağa cəhd göstərib

Paşinyandan narazı olan şəxs özünü hökumət evinin qarşısında yandırmağa cəhd göstərib

7-03-2024, 13:40

Ermənistanda hökumət binasının qarşısında orta yaşlı kişi özünü yandırmağa cəhd göstərib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, ətrafa toplaşanlara partlayış olacağı barədə xəbərdarlıq edib.

Daha sonra ölkənin baş naziri Nikol Paşinyan əleyhinə şüarlar səsləndirib: “Ermənistanın gələcəyinə dair proqramı ermənilər iştirak etmədən bir nəfər - Paşinyan reallaşdırır”.

Lakin polis onun özünü yandırmasına imkan verməyib, maşına oturdaraq ərazidən uzaqlaşdırıblar.

Geri qayıt