Birxeber.az / Məleykə Abbaszadə: İmtahanlarda qayda pozuntularında azalma müşahidə edilib

Məleykə Abbaszadə: İmtahanlarda qayda pozuntularında azalma müşahidə edilib

25-01-2024, 11:50

Buraxılış və qəbul imtahanlarında qayda pozuntularında azalma müşahidə edilib.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və nəzarətçilərin mükafatlandırılması mərasimində deyib.

O bildirib ki, 2015-ci ildə qəbul imtahanlarında pozuntular 3 faizə qədər idisə, 2022-ci ildə bu, 2 faizə düşüb:

"Buraxılış imtahanları üzrə isə pozuntular 2 faizdən 0,5 faizə qədər azalıb. İmtahanlarda köçürmə halları aşkarlanır. İmtahandan sonra aparılan araşdırmalardan sonra bu hallar üzrə çıxarılır və müvafiq tədbirlər görülür. İmtahanlarda adətən 5-10 belə hala rast gəlinir".

Geri qayıt