Birxeber.az / Hindistan genişmiqyaslı hərbi təlimlərə hazırlaşır

Hindistan genişmiqyaslı hərbi təlimlərə hazırlaşır

7-03-2024, 12:40

Hindistan Silahlı Qüvvələri martın 12-də quru qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə “Bharat Shakti” adlı genişmiqyaslı hərbi təlimlər keçirəcək.

“Report” xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Qeyd edilib ki, təlimlərdə Hindistan istehsalı olan silahlar göstəriləcək və hökumətin silah istehsalı proqramında irəliləyişləri nümayiş olunacaq: “Müdafiə Nazirliyi ötən il silah tədarükü ilə bağlı 153 müqavilədən 150-ni yerli istehsalçılarla imzalayıb”.

Hərbi təlimlər zamanı Hindistan şirkətləri tərəfindən istehsal olunan 60-a yaxın silah sisteminin döyüş qabiliyyəti nümayiş etdiriləcək: “Buraya “BrahMos” səsdən sürətli qanadlı raketlər, “Akash” zenit-raket kompleksləri, “Swati” artilleriya kəşfiyyat stansiyaları, “Vajra” özüyeriyən haubitsaları, “Pinaka” reaktiv yaylım atəş sistemləri və s. daxildir”.

Bildirilib ki, quru qoşunlarının və Hərbi Hava Qüvvələrinin təlimləri Pakistanla həmsərhəd olan Racastan ştatının qərbindəki Tar səhrasında baş tutacaq.

Geri qayıt