Birxeber.az / DGK 228 min ABŞ dollarının qanunsuz ölkədən çıxarılmasının qarşısını alıb

DGK 228 min ABŞ dollarının qanunsuz ölkədən çıxarılmasının qarşısını alıb

7-03-2024, 12:40

Ötən il Dövlət Gömrük Komitəsi (DGK) qanunvericiliyin tələblərini pozaraq, Azərbaycanın gömrük sərhədindən 227,9 min ABŞ dolları məbləğində vəsaitin keçirilməsinin qarşısını alıb.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Bundan başqa, gömrük əməkdaşları 7,8 min avro, 7,6 milyon rus rublu, 2,303 milyon manat dəyərində 7,7 min ədəd qızıl zinət əşyaları, 1 504 qram qızıl, 251,8 min manat dəyərində 5 899 ədəd gümüs zinət əşyaları və 59,5 min qram gümüs kütlələr (külçə), 59,9 min manat dəyərində 37,7 karat qiymətli daşlar, 97,3 min manat dəyərində 5 ədəd qızıl saat aşkar edib.

Geri qayıt