Birxeber.az / "Azərpoçt": "Poçt tariflərinin artırılması gözlənilmir"

"Azərpoçt": "Poçt tariflərinin artırılması gözlənilmir"

25-01-2024, 11:40

Azərbaycanda universal poçt xidmətləri üzrə tarixlərin artırılması üzrə hər hansı təklif yoxdur.

"Birxeber.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev ötən ilin yekunları ilə bağlı hesabat tədbirində bildirib.

"Xərclərimizin 60 %-ni işçilərin əməkhaqqı təşkil edir. Minimum əməkhaqqının artırılması haqqında qərarlar olarsa, bu, bizim xidmətlərin maya dəyərinə təsir edər. Lakin indiki halda tariflərlə bağlı hər hansı dəyişiklik gündəmdə deyil",- deyə o qeyd edib.

Geri qayıt