Birxeber.az / Qubada avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

Qubada avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

7-03-2024, 10:50

Quba rayonunun Zizik kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Birxeber.Az-nın Şimal bürosu xəbər verir ki, “Toyota-Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.

Qəza zaman 5 nəfər- Rəşid Məmmədov, Rövşən Mustafayev, Elmin İsayev, Rizvan Mustafayev və Şəmsəddin Xələfov müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt