Birxeber.az / Azərbaycanda 6 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda 6 nəqliyyat vasitəsi özəlləşdirilib

7-03-2024, 10:40

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 6 nəqliyyat vasitəsi satılıb.

"Birxeber.Az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac rəqabətli olub. İlkin qiyməti 1000 manat olan QAZ-31105 markalı avtomobil 2620 manata özəlləşdirilib.

Hərracda satılmış əmlakların siyahısı ilə https://clck.ru/39EKj2 linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 12-13 martda keçiriləcək. Hərraclara 85 nəqliyyat vasitəsi, "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının balansında olan 20 daşınmaz əmlak çıxarılacaq.

Geri qayıt