Birxeber.az / Peskov: "Qərb Ukraynaya qoşun göndərməklə odla oynamış olur"

Peskov: "Qərb Ukraynaya qoşun göndərməklə odla oynamış olur"

6-03-2024, 22:50

Qərb ölkələri Ukraynaya qoşun yeritmək imkanını müzakirə etməklə odla oynamış olurlar.

APA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O, Fransa prezidenti Emmanuel Makron tərəfindən belə bir təklifin ortaya çıxması faktının təhlükəli olduğunu deyib.

"Onların hamısı odla oynayır, Ukrayna münaqişəsindəki vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır", - deyə Peskov vurğulayıb.

Rusiya liderinin mətbuat katibi Vaşinqton, London və Parisdə “Rusiyanın strateji məğlubiyyətə uğraması üçün lazım olan hər şeyi etmək zərurəti haqqında” bəyanatlara diqqət çəkib.

Geri qayıt