Birxeber.az / "Sabah" klubu Azərbaycan Kubokunda ikinci qələbəsini qazanıb

"Sabah" klubu Azərbaycan Kubokunda ikinci qələbəsini qazanıb

6-03-2024, 22:40

"Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda növbəti iki oyun keçirilib.

"Birxeber.Az" xəbər verir ki, günün ilk oyunu "Şəki" və "Sərhədçi" komandaları arasında baş tutub.

Bu matç "Sərhədçi" klubunun 92:81 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Şəki"dən Hüseyn Əsgərli (20 xal, 5 ribaund), "Sərhədçi"dən Cəbrayıl Əkbərov (20 xal, 16 ribaund) olublar.

Günün ikinci oyununda kubokun əsas favoriti "Sabah" "Gəncə" ilə qarşılaşıb. Oyunu 89:77 hesabı ilə qalib tamamlayan "Sabah" B qrupunda "NTD-İndiqo" ilə xallarının sayını (4) bərabərləşdirib.

Ən məhsuldar basketbolçular "Sabah"dan Endər Poladxanlı (25 xal, 8 ribaund), "Gəncə"dən Derek Rouds (21 xal, 2 asist) olublar

Geri qayıt