Birxeber.az / Muxtar Babayev Konqo Prezidentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Konqo Prezidentinin nümayəndəsi ilə görüşüb

6-03-2024, 19:50

Konqo Respublikası Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi xanım Fransua Coli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Bu barədə Birxeber.Az-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Geri qayıt