Birxeber.az / Masazırda istixanada yanğın baş verib

Masazırda istixanada yanğın baş verib

20-01-2024, 11:50

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən istixanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində istixananın ərazisində yerləşən və sahəsi 120 m² olan qazanxanada baş vermiş yanğın genişlənməsinə, habelə istixanaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qazanxananın içərisində 2 ədəd su qızdırıcısı, 4 ədəd elektrik lövhəsi, 10 p.m istilik sisteminin izolyasiyası, 30 p.m elektrik kabelləri və 5 m² sahədə müxtəlif avadanlıqlar yanıb. Qazanxananın böyük hissəsi, içərisində olan digər qurğu və avadanlıqlar, habelə istixana yanğından mühafizə olunub.

Geri qayıt