Birxeber.az / Şabranda iki avtomobil toqquşub, xəsarət alanlar var

Şabranda iki avtomobil toqquşub, xəsarət alanlar var

6-03-2024, 19:40

Şabran rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Birxeber.Az"un Şimal bürosunun məlumatına görə, hadisə Şabran şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Daevoo" markalı minik avtomobili "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində avtomobildə olan rayon sakinləri 1969-cu il təvəllüdlü Allahverdiyev Əfqan Mütəllim oğlu və 1979-cu il təvəllüdlü Allahverdiyeva İ.Baləhməd qızı müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt