Birxeber.az / Bakıda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilir

Bakıda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilir

6-03-2024, 18:40

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilir.

“Birxeber.Az” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət və özəl sektor, qeyri-hökumət, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən respublikanın bütün regionlarından qadınlar, görkəmli ictimai-siyasi xadimlər iştirak edirlər.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin qadınlara ünvanladığı təbrik məktubu oxunub.

Təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.

Geri qayıt