Birxeber.az / Səfir: “Azərbaycanla əlaqələrin inkişafı Özbəkistanın prioritet istiqamətlərindən biridir”

Səfir: “Azərbaycanla əlaqələrin inkişafı Özbəkistanın prioritet istiqamətlərindən biridir”

25-01-2024, 11:40

Azərbaycanla əlaqələrin inkişafı və möhkəmləndirilməsi Özbəkistanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

"Birxeber.Az" xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Bakı Dövlət Universitetində (BDU) ölkəmizdə Özbəkistanın Azərbaycanda Elm və Mədəniyyət Günlərinə həsr olunmuş tədbirdə deyib.

Diplomatın sözlərinə görə, Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirlər və bunu siyasi, iqtisadi, mədəni və bir çox digər sahələrdə əldə olunan nəticələr də təsdiqləyir: “Bu gün mən sevinc hissi keçirirəm ki, Özbəkistan Prezidentinin sərəncamı ilə Azərbaycanda Özbəkistanın Elm və Mədəniyyəti Günlərini keçiririk. Demək istəyirəm ki, bu qərar dövlətimizin başçısının və ümumən xalqımızın qardaş Azərbaycan xalqına göstərdiyi böyük hörmət və məhəbbətin əlamətidir. Ötən ilin noyabrında Bakıda keçirilən görüşdə dövlət başçılarımız 2024-cü ili Özbəkistan-Azərbaycan çoxşaxəli əlaqələrinin intensiv inkişafı ili elan ediblər”.

Səfir qeyd edib ki, Azərbaycan YUNESKO Baş Konfransının 43-cü sessiyasının 2025-ci ildə Səmərqənddə keçirilməsi qərarını dəstəkləyən ilk ölkələrdən biri olub.

Geri qayıt