Birxeber.az / Qəbələdə turizmin inkişafı layihəsinə 200 min manat güzəştli kredit verilib

Qəbələdə turizmin inkişafı layihəsinə 200 min manat güzəştli kredit verilib

6-03-2024, 17:40

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Qəbələ rayonunda turizmin inkişafı layihəsinə 200 min manat güzəştli kredit verib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, kredit fərdi sahibkar Azər Lütvəliyevə ayrılıb.

Sahibkar Azər Lütvəliyev #turizm sahəsi üzrə güzəştli kreditdən yararlanmış #biznes təmsilçilərindən biridir. Sahibkarlığın İnkişafı Fondundan (@sahibkarliq) 200 min ₼ #güzəştlikredit əldə edən sahibkar Qəbələdə turizmin inkişafı layihəsini həyata keçirəcək.#EconomyAz pic.twitter.com/EK084CD6sZ

— Mikayil Jabbarov (@MikayilJabbarov) March 6, 2024
Geri qayıt