Birxeber.az / Azərbaycan Qazaxıstanla “İcazə” blanklarının ilkin kvotasını razılaşdırılıb

Azərbaycan Qazaxıstanla “İcazə” blanklarının ilkin kvotasını razılaşdırılıb

6-03-2024, 17:40

Azərbaycan və Qazaxıstan arasında beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın növbəti iclası keçirilib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, iclasda bildirilib ki, son 3 ildə Azərbaycan və Qazaxıstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları üçün mübadilə edilən “İcazə” blanklarının sayı beş dəfə artıb. Daşımaların davamlılığının təmin edilməsi məqsədilə “İcazə” blanklarının əlavə mübadiləsi və bu il üçün ölkələrimiz arasında “İcazə” blanklarının ilkin kvotası razılaşdırılıb.

İclas zamanı Azərbaycan və Qazaxıstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində tərəflərin qarşılaşdıqları çətinliklər və onların həlli yolları müzakirə olunub. Həmçinin Orta dəhlizin davamlı inkişafının təmin olunması üçün Çindən göndərilən tranzit yüklərin hər iki ölkə daşıyıcıları tərəfindən daşınması üçün təşkilati işlərin görülməsi barədə razılıq əldə edilib.

İclasda bildirilib ki, Azərbaycan və Qazaxıstan arasında daşımaların ümumi həcmi, eləcə də region üzrə 3-cü ölkə daşımalarında iki ölkə daşıyıcılarının aktivliyi artıb.

Geri qayıt