Birxeber.az / Şahdağda beynəlxalq xizək alpinizmi yarışı keçiriləcək

Şahdağda beynəlxalq xizək alpinizmi yarışı keçiriləcək

6-03-2024, 15:40

Martın 9-10-da Şahdağda beynəlxalq xizək alpinizmi yarışı keçiriləcək.

"Birxeber.Az" xəbər verir ki, turnir Beynəlxalq Xizək Alpinizm Federasiyasının (International Ski Mountaineering Federation-ISMF) Qış idman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Yarışda 11 ölkənin 60-a yaxın idmançısı iştirak edəcək.

Tədbirə Beynəlxalq Xizək Alpinizm Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Milli Olimpia Komitəsinin və Qş İdman Növləri Federasiyasının rəsmi şəxsləri qatılacaqlar.

Geri qayıt