Birxeber.az / AVRO-2025: Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib

AVRO-2025: Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib

6-03-2024, 14:40

Qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

"Birxeber.Az"un xəbərinə görə, bu barədə AFFA məlumat yayıb.

Azərbaycan millisi ilk matçını aprelin 5-də səfərdə Macarıstana qarşı keçirəcək. Komanda son oyununa da səfərdə çıxacaq.

5 aprel

Macarıstan – Azərbaycan

9 aprel
Azərbaycan – İsveçrə

31 may
Azərbaycan – Türkiyə

4 iyun
Türkiyə – Azərbaycan

12 iyul
Azərbaycan – Macarıstan

16 iyul
İsveçrə – Azərbaycan

Qeyd edək ki, AVRO-2025-in final mərhələsi İsveçrədə təşkil olunacaq.

Geri qayıt