Birxeber.az / Türkiyədə şagirdləri daşıyan avtobus aşıb, 20 nəfər yaralanıb

Türkiyədə şagirdləri daşıyan avtobus aşıb, 20 nəfər yaralanıb

6-03-2024, 12:40

Türkiyənin Samsun şəhərinin Vezirköprü rayonunda şagirdləri daşıyan avtobus aşıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində sürücü və 19 şagird yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Geri qayıt