Birxeber.az / Seçki prosesində gənclərin iştirakının təşviqi ilə bağlı beynəlxalq konfrans keçirilib

Seçki prosesində gənclərin iştirakının təşviqi ilə bağlı beynəlxalq konfrans keçirilib

25-01-2024, 10:40

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF-ARM) və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı, müxtəlif gənclər hərəkatlarının nümayəndələrinin iştirakı ilə Bakıda “Gənclərin seçki prosesində iştirakının təşviqi” adlı beynəlxalq konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirə Tatarıstanın (RF) aparıcı “Selet” gənclər hərəkatının rəhbəri Aygül Qabdrrəhmanova, Qazaxıstanın aparıcı hakim “Amanat” partiyasının “Jastar Ruhu” gənclər qolunun direktoru Akerke İsgəndərova, Avropada müsəlman icmaları ilə iş üzrə Rumıniya “Şəhrizad” Gənclər Fondunun prezidenti Vəcihə Haris, Pakistanın “Gənclərin Müdafiəsi üzrə Şəbəkə” təşkilatının sədri Fsahat ul-Həssənin spiker qismində qatılıbar.

NAYORA Baş katibinin moderatorluğu ilə keçən müzakirələrdə gənclər və gənclər təşkilatlarının iştirakı ilə fəal vətəndaşlığın prinsipləri ətrafında müzakirələr keçirilib, iştirakçılar demokratik proseslərdə gənclərin iştirakının uğurlu təşviqi üzrə beynəlxalq təcrübələrini bölüşüblər.

Konfrans ərzində iştirakçılar müxtəlif ölkələrdə gənclərlə iş üzrə innovativ yanaşmaları müzakirə edərək ideya mübadiləsi ediblər.

Konfransda eyni zamanda fevralın 7-də Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri və bu seçkilərdə gənclərin iştirakı da müzakirə edilib.

Geri qayıt