Birxeber.az / Azərbaycanın regionlarına investisiya qoyuluşu 25 % artıb

Azərbaycanın regionlarına investisiya qoyuluşu 25 % artıb

6-03-2024, 11:40

2023-cü ildə Azərbaycan regionlarında əsas kapitala investisiyalar 2022-ci illə müqayisədə 25 % çox olub.

“Birxeber.Az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Ötən il regionlara investisiya qoyuluşu 10,1 milyard manat təşkil edib", - deyə o qeyd edib.

2023-cü il ərzində regionlarda #əsaskapital-a #investisiya-lar əvvəlki illə müqayisədə 25% artaraq 10,1 mlrd. ₼ olmuşdur.#EconomyAz pic.twitter.com/mOku1yjA2E

— Mikayil Jabbarov (@MikayilJabbarov) March 6, 2024
Geri qayıt