Birxeber.az / Dövlət Departamentinin sözçüsü: Ukraynanın Rusiyaya sürprizləri olduğuna inanırıq

Dövlət Departamentinin sözçüsü: Ukraynanın Rusiyaya sürprizləri olduğuna inanırıq

6-03-2024, 11:40

Ukraynanın Rusiyaya sürprizləri olduğuna inanırıq.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Ukraynanın döyüş meydanında qələbə çalması üçün planı var və onlar bunu reallaşdıracaqlar”, - o vurğulayıb.

Departament nümayəndəsi Qara dənizdə son 24 saatda Rusiya hərbi gəmisinin Ukrayna dəniz dronlarının hücumu nəticəsində batmasını nümunə olaraq göstərib: “Ona görə də biz sürprizlərin olacağına inanırıq. Nəticəni səbirsizliklə gözləyirik”.

Geri qayıt