Birxeber.az / Abşeron sakini bıçaqlanıb

Abşeron sakini bıçaqlanıb

6-03-2024, 07:50

Xırdalan şəhərində dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

1986-ci il təvəllüdlü Məmmədov Fariz İkram oğlu binanın həyətində dava zamanı bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Geri qayıt