Birxeber.az / Bayden Venesuelaya qarşı sanksiyaların müddətini daha bir il uzadıb

Bayden Venesuelaya qarşı sanksiyaların müddətini daha bir il uzadıb

6-03-2024, 06:40

ABŞ prezidenti Cozef Bayden Venesuelaya qarşı birtərəfli sanksiyaların müddətini daha bir il uzadılması barədə göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd olunub ki, 2015-ci ildə Vaşinqtonu Karakasa qarşı müxtəlif məhdudlaşdırıcı tədbirlər görməyə məcbur edən Venesueladakı vəziyyət ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və ifrat təhlükə yaratmaqda davam edir.

ABŞ-ın 2015-ci ildə tətbiq etdiyi sanksiyalar sonrakı illərdə uzadılıb və genişləndirilib.

Eyni zamanda, Vaşinqton əvvəllər bəzi məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tutan bir neçə lisenziya verib.

Geri qayıt