Birxeber.az / Bakıda Od çərşənbəsi tədbirində dava düşüb, bıçaqlanan var

Bakıda Od çərşənbəsi tədbirində dava düşüb, bıçaqlanan var

6-03-2024, 05:50

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

İlkin ehtimala görə, 2000-ci il təvəllüdlü İsmayılov Cahangir Rövşən oğlu çərşənbə tədbiri zaman tonqalın düzgün qurulmadığını irad bildirib.

C.İsmayılov etiraz edən zaman bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin Əməkdaşları araşdırır.

Geri qayıt